Dünyada 6 aydır ərzaq ucuzlaşır, Azərbaycanda isə... - ŞƏRH


Bu ilin əvvəlindən nazirlər, deputatlar, məmurlar ərzaq qiymətlərinin artmasını dünyada gedən proseslərlə izah etməyə çalışırdılar. Bu ilin may ayında Samir Şərifov açıqlama vermişdi ki, ölkəyə xarici mənfi təsirlər var, söhbət infilyasiyanın artmasından gedir. Nazir demişdi ki, bunun da səbəblərindən biri ərzaq məhsullarının qiymətlərinin dünya miqyasında artması olub.


Bəs dünyada vəziyyət necədir? AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli dünyada ərzaq qiymətləri ilə bağlı prosesləri analiz edib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında qlobal ərzaq qiymətlərinin 6 aydır ki, davamlı olaraq ucuzlaşdığı əksini tapıb: "Bitki yağı qiymətlərinin indeksi aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib. Süd məhsullarının qiymət indeksi ayda 0,6 faiz azalıb, ətin qiymət indeksi yüzdə 0,5 faiz geriləyib, şəkərin qiymət indeksi sentyabr ayında 0.7 faiz azalıb.
Hörmətli qalstuklu müəllimlər, bəli, dünyadan ərzaq məsələsində asılıyıq (bu da sizin "uzaqgörən" siyasətinizin nəticəsidir), ərzaqla özümüzü cəmi 25% təmin edirik, dünyada qiymət artanda bizə də təsir edir - yaxşı, bəs qiymət azalanda niyə bizə heç bir təsiri olmur?! Bu necə asılılıqdır ki, ancaq birtərəfli, bahalığa doğru işləyir?! Deməli, səbəb bu deyil: Azərbaycandakı inflyasiyanın səbəbi daxili problemlərdən qaynaqlanan məsələlərdir. İllərdir korrupsiya, inhisarçılıq, vergi və gömrük siyasəti ilə də bağlı problemlər dilə gətirilsə də, həlli yolları ilə bağlı hansısa addımlar atılmır".
N.Cəfərli qeyd edib ki, hökumətə aylar öncə heç olmasa həm ərzaqlarda, həm də dərmanlarda əlavə dəyər vergisinin və gömrük rüsumlarının aşağı salınması təklif edilsə də, cavab verilmir, məsələni müzakirə belə etmək istəmirlər: "Hər bir problemin həlli ilk öncə etirafdan başlayır, hökumət isə özünü pinti ev sahibləri kimi aparır: Bəzi ev sahibləri zibili xalçanın altına süpürüb gəlib-gedənlərə hər yerin təmiz olduğunu göstərməyə çalışır, amma bir gün o xalça çürüyür, ifunət iyi aləmi bürüyür, o zaman tək xalçanı yox, döşəməni də dəyişmək lazım olur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu