Qlobal ərzaq qiymətləri 2022-ci ildə rekord həddə çatıb


Dekabrda dünya ərzaq qiymətləri 1,9 faiz azalaraq doqquzuncu ayda da ucuzlaşıb. Lakin qiymətlər əvvəlki illə müqayisədə 14 faizdən çox artıb.


AFN.az xəbər verir ki, ötən il dünya ərzaq qiymətləri 2022-ci ildə rekord həddə çatıb. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi noyabrda yenidən işlənmiş 135 səviyyəsindən dekabrda 132,4-ə düşüb.
Noyabr ayı üçün ərzaq qiymətləri indeksi daha əvvəl 135,7 olaraq açıqlanmışdı. Dünya ərzaq qiymətləri indeksi 2022-ci ildə 2021-ci illə müqayisədə 143,7 artımla 1990-cı ildən bəri ən yüksək səviyyədir.
Ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Qara dənizdən daşımalarda fasilələrin olacağı ilə bağlı narahatlıqlar səbəbindən dünya ərzaq qiymətləri artmışdı. Qiymətlər BMT, Ukrayna, Türkiyə və Rusiya arasında taxıl dəhlizi sazişinin dəstəklənməsi ilə aşağı düşdü.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu