Şengen zonasında iştirakı rədd edilən Bolqarıstandan Avropa İttifaqına reaksiya


Bolqarıstan administrasiyası ölkənin Şengen zonasına daxil olmasından imtina edən Avropa İttifaqına reaksiya verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri İvan Semerciev "Biz səylərimizi davam etdirəcəyik. Yalnız iki ölkə buna qarşı çıxır", - deyə açıqlama verib: "Avropa İttifaqı ölkələrinin əksəriyyəti Bolqarıstanı dəstəkləyir, lakin Hollandiya və Avstriyanın buna qarşıdır. Səylərimizi davam etdirəcəyik. Yalnız iki ölkə buna qarşıdır. Biz Şuraya sədrlik edəcək İsveçlə sıx əməkdaşlıq edəcəyik".
Bolqarıstan Prezidenti Rumen Radev isə bəyan edib ki, 2011-ci ildən Bolqarıstan Şengen zonasına daxil olmaq üçün bütün zəruri meyarları yerinə yetirib. Ölkəsinin Şengen bölgəsinə girməsinin Aİ sərhədini təhlükəsiz hala gətirəcəyini qeyd edən Radev, “Şengendə iştirakımız Avropa İttifaqının xarici sərhədlərini daha dinc edəcək" - deyə əlavə edib. Bolqarıstanın xarici sərhədlərinin son iki ayda iki dəfə yoxlanıldığını bildirən Radev, bu yoxlamalarda heç bir problem aşkarlanmadığını və buna baxmayaraq, rədd qərarı verilməsinin qəbuledilməz olduğunu qeyd edib. Radev veto qərarı alan Hollandiya və Avstriyanı "öz maraqlarına zidd getməkdə" suçlayıb. O qeyd edib ki, Bolqarıstan gec-tez Şengen zonasına qoşulacaq.
Qeyd edək ki, Avropa Şurasının daxili işlər və ədliyyə nazirlərinin iclasında Bolqarıstanın Şengen zonasına qoşulması ilə bağlı qərar Hollandiya və Avstriyanın vetosu ilə rədd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu