Bir ailə kəklikotulu çaydan zəhərləndi- DƏHŞƏT


Qaxda bir ailənin 5 üzvü zəhərlənib.


AFN.az-ın məlumatına görə, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zəhərlənən Günay Mahmudova Şəki-Zaqatala regional təhsil idarəsinin müdir müavinidir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər: "5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək".
TƏBİB-dən bildirilib ki, ötən gün saat 23:26 radələrində 5 nəfər (2-si azyaşlı olmaqla) zəhərlənmə səbəbi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, saat 02:30 radələrində ambulator müalicə üçün evə buraxılıblar. Eyni zamanda, həmin şəxslər bu gün yenidən müayinə üçün tibb müəssisəsinə dəvət olunublar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu