Bayden Çinə xəbərdarlıq etdi: “Özümüzü müdafiə edəcəyik”


“Çinin hərəkətləri dövlət suverenliyini təhdid etdiyi zaman rəsmi Vaşinqton ölkəni müdafiə etmək üçün hərəkətə keçəcək”.


AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Konqresə “Ölkənin vəziyyəti” haqqında illik müraciəti zamanı bildirib. "Çin suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkətə keçəcəyik. Buna inanın! Keçən həftə etdiyimiz kimi. Çinə qarşı rəqabətdə qalib gəlmək hədəfi hamımızı bir araya gətirməlidir. Çünki dünyada ciddi çağırışlarla üz-üzəyik” - deyə, ABŞ prezidenti bildirib.

"Milli infrastruktur layihələrinin həyata keçirilməsində yalnız ABŞ-da istehsal olunan materiallardan istifadə olunacaq" - deyən Cozef Bayden federal infrastruktur layihələrində istifadə olunan materiallar üçün yeni standartları elan etdiyini deyib: "Bunların hamısı Amerikada hazırlanmalıdır. Taxta, şüşə, alçıpan, fiber optik kabellər, hər şey özümüzün olacaq. Mənim prezidentliyim müddətində bütün infrastruktur layihələr Amerika materialları ilə reallaşdırılacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu