NATO ölkələri və İsveç ümumi peyk kəşfiyyatı şəbəkəsi yaradacaq
NATO-nun 17 ölkəsinin və İsveçin nümayəndələri Brüsseldə ümumi peyk kəşfiyyatı şəbəkəsi yaratmaq niyyəti haqqında saziş imzalayıblar.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, sənədi Böyük Britaniya və hələ alyansa qoşulmayan İsveçdən başqa, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Türkiyə və Fransa tərəfi də imzalayıb.
Sənəddə beynəlxalq əməkdaşlıq və milli kosmik imkanlardan birgə iştirak yolu ilə kosmosdan müşahidə imkanlarını təkmilləşdirəcək çərçivə hazırlamaq istəyi bəyan edilir.
Qeyd edək ki, Brüsseldə baş tutmuş NATO müdafiə nazirlərinin ikigünlük görüşündən əvvəl alyansın Baş katib Yens Stoltenberq blokun kəşfiyyat məqsədləri, eləcə də strateji müdafiə və raket buraxılışının aşkarlanması üçün kommersiya və dövlətin mülki və hərbi peyklərinin məlumatlarını birləşdirən virtual şəbəkənin yaradılması qərarını təsdiqləyəcəyini bildirmişdi.