BMT-nin İnsan Hüquqları Şurası Rusiyanın Ukraynadakı cinayətlərinin araşdırılmasını müzakirə edəcək


BMT İnsan Haqları Şurasının illik sessiyası çərçivəsində Rusiyanın işğalı başlayandan bəri Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasını müzakirə ediləcək.


AFN.az BBC-yə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının Rusiyadan qoşunların dərhal qonşu ölkədən çıxarılmasını tələb edən qətnamənin səs çoxluğu ilə qəbul edilməsindən bir neçə gün sonra keçiriləcək iclasda Ukraynadakı müharibə mövzusunun üstünlük təşkil edəcəyi gözlənilir. Bildirilir ki, sessiya rekord həddə - altı həftə davam edəcək, onun açılışında BMT-nin baş katibi Antonio Quterreş çıxış edəcək və ümumilikdə ilk həftədə ABŞ nümayəndələri də daxil olmaqla 150-yə yaxın dövlət və hökumət başçısının çıxışı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu