Sabunçu sakinləri su probleminə görə şosseni bağlamağa hazırlaşırlar


Sabunçuda artıq bir həftədən çoxdur ki, su verilmir.


Bu barədə AFN.az-a sakinlər bildiriblər. Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ələsgər Ələkbərov küçəsində yaşayan sakinlər bildirirlər ki, əraziyə sonuncu dəfə bir həftə əvvəl su verilib: "Dəfələrlə müraciət etmişik, bizə deyirlər ki, Balaxanıda anbarda su az qalıb, ona görə verilmir. Şikayət edən, susuz qalan adamlara maşınla su göndərirlər. Amma o biri küçələrə su normal verilir. Biz hələ də dəqiq bilə bilmirik ki, suyumuz hardan gəlir, hansı xətlə gəlir, kim cavabdehlik daşıyır bizim su ilə təminatımıza. Əgər problem ümumidirsə, bütün ərazi üzrə, rayon üzrə çətinlik varsa, niyə şikayət edən adamları bir maşın su ilə susdururlar? Niyə qonşu küçəyə, o biri məhləyə su gəlir, bizə gəlmir? Nə vaxta qədər maşınla su daşıyacaqlar camaata? Bizə uzun müddətdir su verilmir, elə isə anbardakı su hara getdi, kimə verildi?"
Sakinlər bildiriblər ki, fərdi qurətdə maşınla gətirilən su da bahalaşıb: "Əvvəllər 10 tonu 30 manata gətirirdilər, dünən 70 manata qaldırdılar, bu gün artıq 120 manatdı deyirlər. Bu, fürsətcillərə şəraiti yaradan adamların cəzalanmasını istəyirik. Əgər yaxın günlərdə suyumuzun verilməsi bərpa olunmasa, çıxıb şəhər şossesini bağlayacağıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu