Sakinlər şikayət etdi, FHN tikintini dayandırdı - VİDEO


Yasamal rayonu Moskva prospekti 8 ünvanında yaşayan sakinlər yaxınlıqda aparılan tikinti işlərindən narazıdırlar.



Bu barədə şikayət BAKU.WS-in redaksiyasına məlumat daxil olub.

Vətəndaşlar iddia edirlər ki, tikinti şirkəti prosesi həyata keçirən zaman onların maşınlarına maddi ziyan vurublar. Bundan başqa, tikinti avadanlıqları həm maşınların, həm də piyadaların hərəkətinə çətinlik yaradır.

"Tikinti gecə də, səhər də davam edir. Oyanıb görürük ki, maşınlarımızın üstü toz, çınqıl və başqa tikinti materiallarının zir-zibili ilə çirklənib. Bir maşını təmizləməyə də azı 100 manat pul lazımdır. Bizə dəyən ziyanı kim ödəməlidir? Heç bilinmir aparılan tikinti qanunidir ya qanunuz?".

Məsələ ilə bağlı FHN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 3168-ci məhəllə ünvanında tikinti apaırlması üçün müvafiq icazə və ekspertiza rəyi verilib:

"FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agnetliyinin mütəxəssisləri tərəfindən “Yeni İnşaat 2017” MMC tərəfindən aparılan tikinti gedən əraziyə baxış keçirilib. İlkin araşdırma nəticəsində qayda pozuntuları aşkar edilib və bu səbəbdən Agentlik tərəfindən tikinti işləri dayandırılıb. Əlavə müvafiq tədbirlər görüləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu