İsveç - Azərbaycan oyununu qadın referi idarə edəcək
İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.
Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.
Qeyd edək ki, martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.