"Fənərbağça" - "Qalatasaray" oyunu FIFA referisinə tapşırılmayıb


Futbol üzrə Türkiyə Super Liqasının XXXII turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında oynanılacaq derbinin təyinatları açıqlanıb.


"Report"un məlumatına görə, qarşılaşmanı milli dərəcəli referi Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

36 yaşlı referiyə laynsmanlar qismində Kerem Ersoy ve Aleks Taşcıoğlu köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Onur Özütoprak yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 10-də keçiriləcək "Fənarbağça" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu