Bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyi qənaətbəxş deyil


Hesablama Palatası 2022-ci il üzrə bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsini aparıb.


AFN.az qurumun ötən il üzrə hesabatına istinadən xəbər verir ki, proqramla bağlı nöqsanlar aşkarlanıb. Belə ki, müvafiq dövlət orqanlarının zəruri informasiya bazalarına çıxış imkanları yaradılmadan, sistemdaxili hesabatlılıq və diaqnostik alətlər avtomatlaşdırılmadan 2020-ci ildən bitkiçilik
sahəsində yeni subsidiya mexanizminin tətbiq olunması prosesin rəqəmsallaşdırılması, hesabatlılıq (məlumatlılıq) və şəffaflıq, müraciətlərin sadələşdirilməsi, subsidiyaların təyinatında çoxpilləli sistemin aradan qaldırılması və insan faktorunun minimallaşdırılmasına şərait yaradıb. Lakin hüquqi tənzimləmədə və inzibati idarəetmədə yol verilən xətaların miqyası üstün dinamikalı nəticəliliyi iki illik müddətdə tam təmin etməməklə yanaşı, 2023-cü ildə təkmilləşdirmələrin aparılmayacağı halda yeni subsidiyalaşdırma mexanizminin səmərəlilik perspektivlərinə hələ də təhdidlər yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu