Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir




2020-ci ildən tətbiq olunacaq yeni subsidiya mexanizmi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla əlaqədar bölgələrdən təlimlər davam edir.



AFN xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 10 nəfərdən ibarət təlimçilər qrupu Gəncə şəhəri, Cəlilabad, Quba, Qusar, Xaçmaz, Beyləqan, Goranboy, Bərdə və Saatlı rayonlarında fermerlərə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla bağlı informasiya məsləhət xidməti göstərirlər.

Sentyabrın 16-dan başlayan təlimlərə 1123 fermer, 257 kənd icra və bələdiyyə nümayəndəsi və nazirliyin tabeli qurumlarının 212 əməkdaşı qatılıb. Dörd gün davam edən təlimlərdə ümumilikdə 1592 nəfərə yeni subsidiya mexanizminin tətbiqi, subsidiyaların hesablanma qaydaların, əmsalların müəyyənləşməsi proseduru, EKTİS-də məlumatları sistemə daxil etmək ardıcıllığı barədə geniş məlumat verilib.

Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi qrafik əsasında digər bölgələrdə davam etdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu