Putin Gerşkoviçin həbsini şəxsən təsdiqləyib - İDDİA


Rusiya prezidenti Vladimir Putin "The Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçin həbsini şəxsən təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Agentliyin həmsöhbətləri bildiriblər ki, jurnalistin saxlanması təşəbbüsü Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli məmurlarından gəlib və son qərarı Putin verib. Müsahibə verən mənbələrin sözlərinə görə, bu qərar Kremldə ABŞ-la qarşıdurmaya yönəlmiş sərt xətt tərəfdarlarının getdikcə daha çox olduğunu göstərir.

Vaşinqtondakı Avropa Siyasətinin Təhlili Mərkəzinin rəhbəri Alina Polyakova agentliyə bildirib ki, bu hadisə təkcə ABŞ üçün deyil, bütün Qərb üçün "oyanış zəngi"dir. "Bu, Putin tərəfindən sabit və etibarlı münasibətlərə qayıtmağın mümkün olmadığını göstərir", - Polyakova bildirib.

Nəşr rusların Gerşkoviçi biznesmenlə dəyişməyə cəhd edə biləcəyini ehtimal edir. Bildirilir ki, Rusiya hakimiyyəti ABŞ-da şirkətlərin kompüter şəbəkələrini sındırmaqda və insayder ticarətində təqsirli bilinən Evan Vladislav Klyuşini on milyonlarla dollara dəyişməyə cəhd edib. Bu alınmadığı üçün jurnalistin saxlanması qərarı verilb. Güman edilir ki, onun biznesmenlə dəyişilməsi üçün təklif olacaq.

Xatırladaq ki, martın sonunda "The Wall Street Journal" qəzetinin jurnalisti Yekatirenburqda Rusiya FSB tərəfindən saxlanılıb. O, casusluqda ittiham edilir.

Bundan sonra ABŞ Dövlət Departamenti Gerşkoviçin Rusiya tərəfindən “səhv olaraq saxlanıldığını” elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu