“Wall Street Journal”ın müxbiri Rusiyada casusluğa görə saxlanılıb - FOTO


“Wall Street Journal”ın müxbiri Evan Qerşkoviç Yekaterinburqda saxlanılıb. O, casusluqda şübhəli bilinir.


Azpost.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, ABŞ-ın göstərişi ilə Rusiyanın müdafiə müəssisələrindən biri haqqında məxfi məlumat toplayıb.

“Evan Qerşkoviç ABŞ-ın göstərişi ilə hərəkət edərək Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb. Gerşkoviç məxfi məlumat əldə etməyə çalışarkən saxlanılıb”, – FTX-dan bildiriblər.

Qerşkoviç tanışları onun “Vaqner”lə maraqlandığını iddia edirlər.

“Wall Street Journal”ın redaktorları dünən gecədən etibarən jurnalistlə əlaqənin kəsildiyini bildiriblər.

“Wall Street Journal”ın müxbiri Rusiyada casusluğa görə saxlanılıb -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu