Dövlət Departamenti ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb


Dövlət Departamenti ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.


AFN.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

"Biz Amerika vətəndaşı olan jurnalistin Rusiya tərəfindən saxlanmasından dərin narahatıq. Bu vəziyyətlə bağlı "The Wall Street Journal" ilə əlaqə saxlayırıq. Rusiyada qalan və ya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər", - Dövlət Departamentinin bəyanatında belə deyilir.

Qeyd edək ki, söhbət casusluqda ittiham olunaraq Rusiya tərəfindən saxlanılan jurnalist Evan Qerşkoviçdən gedir. O, ABŞ-da dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) əməkdaşıdır. Jurnalist ötən gün FTX əməkdaşları tərəfindən Yekaterinburq Tarix Muzeyinin yaxınlığındakı “Bukovski Qril” restoranında saxlanılıb.

Qerşkoviç casusluqda ittiham olunur. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış. Onu 20 ilə qədər həbs cəzası gözləyə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu