Rusiya səfiri Moldova XİN-ə çağırılıb


Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov arzuolunmaz şəxs elan edilən və Moldovaya buraxılmayan Tatarıstan rəhbəri Rüstəm Minnixanovun təyyarəsinin eniş etdiyi Kişinyov hava limanında baş verən insidentdən sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.


“Report” “Sputnik-Moldova”ya istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, R.Minnixanov Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və “nalayiq davranış nümayiş etdirib”. Eyni zamanda, səfirin “nalayiq davranışı”nın nə olduğu barədə məlumat verilməyib.

Moldova hökumətinin sözçüsü Daniel Vode bildirib ki, O.Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirlik əməkdaşlarının Kişinyov hava limanına xüsusi buraxılışlardan məhrum ediləcəyi və onlardan birinin persona non-qrata elan oluna biləcəyi barədə məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu