Kennedi amerikalıları özlərini Putinin yerinə qoymağa çağırıb


ABŞ hökuməti Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonun qırmızı xətləri keçməsi ilə bağlı sözlərinə qulaq asmalı idi.


AFN.az xəbər verir ki, bunu Britaniyanın “UnHerd” portalına müsahibəsində ABŞ prezidentliyinə namizəd, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi bildirib.

"Ukrayna hökuməti Donbassda 14 min rusu öldürüb. Meksika amerikalılara bunu etsəydi, bir saniyə içində işğal edərdik. Ona görə də mən hesab edirəm ki, biz özümüzü rəqiblərimizin yerinə qoymalıyıq" - deyən o qeyd edib. Kennedinin sözlərinə görə, müharibənin ilkin olaraq Rusiyanın maraqlarına uyğun olmadığını düşünür. "Əgər özünüzü Rusiyanın yerinə qoysanız, başa düşəcəksiniz: ABŞ bizim ən böyük düşmənimizdir", - Kennedi yekunlaşdırıb.

Kennedi bir müddət əvvəl Ukraynadakı rus ordusuna müqavimət göstərmək mümkün olmadığını bildirmişdi. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin özü Vaşinqton üçün Rusiya və Çin arasında yaxınlaşma formasında ciddi problem yaratdığı halda, o, ABŞ-ın Ukraynada nə etdiyini, ümumiyyətlə, anlamır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu