Con Kennedinin qətli ilə bağlı flaş iddia: "MKİ-nin əli var"


2024-cü il prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert F. Kennedi əmisinin öldürülməsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rol oynadığını iddia edib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, kiçik Kennedi qatıldığı bir radio verilişində 1963-cü ildə əmisi Con Kennedinin öldürülməsi ilə bağlı danışarkən, əlində qətldə və qətlin üstünün ört-basdır edilməsində MKİ-nin əli olduğuna dair çox güclü dəlillər olduğunu bildirib.

Kiçik Kennedi əmisinin qətlinin onun ABŞ qoşunlarını Vyetnama göndərməkdən imtina etməsi ilə əlaqəli olduğunu iddia edib.

Atası, ABŞ-ın keçmiş baş prokuroru Robert Kennedinin qətlində də MKİ-nin əli ola biləcəyinə eyham vuran kiçik Kennedi əlində əmisininki qədər güclü dəlillər olmadığını da bildirib.

Kiçik Kennedi Ceyms Duqlasın qətllə bağlı sənədləri özündə əks etdirən “JFK and the Unspeakable” kitabından sitat gətirib.

2024-cü il prezident seçkilərində namizəd olan kiçik Kennedi Co Baydenin həyata keçirdiyi bəzi siyasətlərdən danışıb.

Baydenin xarici siyasətdə “neo-mühafizəkar ideologiyanın” diktə edilməsinə icazə verdiyini deyən kiçik Kennedi administrasiyanın Ukrayna müharibəsi və sərhəd siyasətini də tənqid edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu