Azərbaycanda kişi qızını bıçaqlayıb intihar etdi
Şəmkirdə kişi qızını bıçaqladıqdan sonra intihar edib.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A.Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub: “Dərhal Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A.Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib.
Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir”.