İçkili şəxs yumruqla vuraraq həmkəndlisini öldürdü


Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyev həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə edərək dalaşan zamanı ölüb.


AFN.az-a bu barədə məlumat verən DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, onun ölümü ilə bağlı daxil olan fakt araşdırılıb. Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R.Bəşirovun yumruqla O.Əliyevi vuran zamanı ölməsi məlum olub. R.Bəşirov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu