Qazaxda 28 yaşlı kişi qətlə yetirildi


Bu gün saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AFN.az-a bildirilib ki, dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R. Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu