“Liv Bona Dea” ilə tibbi turizm sahəsində əməkdaşlıq müzakirə olunub


“Liv Bona Dea” hospitalda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) təmsilçiləri ilə xəstəxana rəhbərliyi arasında görüş keçirilib.


AHTTSA-nın mətbuat xidmətindən AFN.az-a verilən xəbərə görə, görüşdə “Liv Bona Dea” hospitalla Azərbaycanın sağlamlıq turizmi təsisatları arasında əməkdaşlığın qurulması, hədəf ölkələrdən Azərbaycana turistlərin cəlbi istiqamətində görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
“Liv” hospitallar şəbəkəsinin baş meneceri Meri İstiroti bildirib ki, Türkiyədə sağlamlıq turizmi 2005-ci ildən başlayaraq inkişaf edib və hazırda bu istiqamətdə yüksək tərəqqi dövrünü yaşayır. Azərbaycanın da bu sahədə çox böyük potensialı olduğunu deyən xanım İstiroti Türkiyə təcrübəsindən yararlanmaq üçün mövcud vasitələrdən istifadənin vacibliyini vurğulayıb.
A HTTSA-nın və Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının sədri Ruslan Quliyev bildirib ki, bu gün ən aktual məsələlərdən biri Azərbaycan-Türkiyə sağlıq turizmi əlaqələrini daha da sıxlaşdırmaqdır. Onun sözlərinə görə, sağlamlıq turizmi sahəsində çoxtərəfli imkanlara malik olan Azərbaycanı yeni bir yanaşma, markalaşma ilə fərqli destinasiya kimi tanıtmaq, ölkəyə çoxsaylı turis cəlbinə nail olmaq mümkündür. Assosiasiya sədri qeyd edib ki, bu il turist sayına görə 2019-cu ilin rəqəmlərinə çatmaq hədəflənib. O, ən qısa zamanda aidiyyəti dövlət qurumlarının da iştirakı ilə sağlamlıq turizminin inkişafı üçün daha nələr etməyin mümkünlüyü yollarını müəyyənləşdirmək məqsədilə beynəlxalq konfransın keçirilməsinin vacibliyinə toxunub. Bu, eyni zamanda dövlətlə özəl sektor əlaqələrinin tənzimlənməsi üçün də bir vasitə olar.
“Liv Bona Dea” hospitalın baş direktoru Taner Özbek təmsil etdiyi xəstəxana şəbəkəsi barədə məlumat verərək qeyd edib ki, 2013-cü ildə Türkiyə markası olaraq fəaliyyətə başlayıblar, hazırda 27 xəstəxanaları mövcuddur. Azərbaycanda isə 2018-ci ildən fəaliyyətdədirlər. 209 yataq yerinə malik olan xəstəxanada eyni anda 14 əməliyyatxana çalışa bilir. Xəstəxana müxtəlif orqanların transplantasiyasından tutmuş plastik cərrahiyyəyə qədər bütün istiqamətlərdə xəstə qəbul etmək imkanlarına sahibdirlər. Taner Özbek diqqətə çatdırıb ki, xəstəxanada fəaliyyət göstərən əksər həkimlər Türkiyədə oxumuş və təcrübə keçmiş mütəxəssislərdir.
Görüşdə iştirak edən “Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov, Rusiyada fəaliyyət göstərən Səhiyyə Sahəsində Hüquqların Müdafiəsi Assosiasiyası Şurasının sədri Tamerlan Məmmədov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının baş direktoru Tərlan Quliyev, “Liv Bona Dea” hospitalın Beynəlxalq xəstə əlaqələri şöbəsinin müdiri Şahin Məmmədli çıxış edərək xəstəxana ilə turizm təsisatlarının əməkdaşlığının vacibliyini qeyd ediblər, həmçinin bu istiqamətdə öz təkliflərini səsləndiriblər.

Fəxriyyə ABDULLAYEVA











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu