Sağlamlıq-müalicə turizmi ilə bağlı növbəti görüş keçirilib


Azərbaycan Sahibkarlar Konfederasiyasının ofisində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və ASK Turizm Komissiyasının sədri Ruslan Quliyevlə "Liv-Bona Dea" hospitalın nümayəndələri arasında növbəti işgüzar görüş keçirilib.


AFN.az xəbər verir ki, görüşdə "Liv-Bona Dea" hospitalın qrup meneceri Meri İstiroti, Beynəlxalq xəstə əlaqələri üzrə şöbə rəhbəri Şahin Məmmədli Korporativ marketinq şöbəsinin müdiri Günay Babazadə iştirak edib.

Görüşdə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış metodları mövzüları ətrafında fikir mübadiləsi olub və yaxın gələcəkdə daha konkret və sistemli əməkdaşlıqla bağlı və birgə tədbirlərin keçirilməsinin faydalı olduğu əsas qabardılıb.
Danışıqlar zamanı gələn ay sağlamlığ turizmi konfransının keçirilməsi nəzərdə tutulub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu