18 yaşlı Rəvanın anası: "Atası xəstəliyinə görə bizi tərk etdi" - FOTO/VİDEO


18 yaşlı Rəvanın yardımınıza ehtiyacı var.


Bu barədə onun anası Pərvanə Məmmədova məlumat verib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Rəvan anadan travmalı doğulub. Doğulan gündən imkan daxilində müalicələrini etməyə çalışmışıq. Amma ayağı dizdən aşağı tam deformasiya olub. Ayağının düzəlməyi üçün İranda əməliyyat olmalıdır. Bunun üçün isə bizim 3 000 manata ehtiyacımız var”.

Pərvanə Məmmədova övladının əməliyyatı və müalicəsi üçün imkanının olmadığını deyib.
“Rəvan xəstəliyinə görə 300 manat pensiya alır, özüm isə aptekdə işləyirəm. Yoldaşım Rəvanın xəstəliyinə görə bizi atıb gedib. Nə qədər əziyyət çəksəm də, Rəvan mənim övladımdır, mən onun üçün hər şeyi sevərək edirəm, amma onun bu qədər əzab çəkməyi məni mənəvi məhv edir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın əməliyyatı üçün bizə kömək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 805 39 42














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu