11 yaşlı Fatiməyə bizim yardımımız lazımdır - VİDEO+FOTOLAR




11 yaşlı Fatimə serebral iflicdən əziyyət çəkir.

Xeyirxah insanların köməyilə bir neçə dəfə əməliyyat olunub, müəyyən qədər irəliləyiş var. Lakin tam şəkildə yeriməsi üçün bir neçə aylıq müalicə kursu keçməlidir. Fatimənin ailəsinin bu müalicələri qarşılamaq üçün maddi imkanı yoxdur. Fatimə sağalıb məktəbə getmək, oxumaq, təhsil almaq istəyir. Bunun üçün onun daha bir müddət yardımsevər insanların köməyinə ehtiyacı var. Hazırda xaricdən Azərbaycana gələn mütəxəssisin reablitasiya kursuna gedən Fatimənin anası Şəbnəm Dostməmmədova bildirir ki, reablitasiya üçün həmin mütəxəssisə 1400 manat ödəniş edilməlidir: "Dekabrın 1-də ödənişi etməliyik, etməsək növbəti kursu aparmayacaqlar. Ona görə də üzümü xeyirxah insanlara tutub xahiş edirəm, yardım edin qızımın müalicəsini davam etdirim. O da yerisin, təhsil alsın, yaşıdları kimi olsun".

Fatiməyə yardım etmək istəyənlər aşağıdakı fotoda görünən bank hesabına köçürmə edə bilərlər.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu