ABŞ-da son dərəcə isti və rütubətli hava ilə bağlı xəbərdarlıq edildi


ABŞ-da 35 milyondan çox insanın yaşadığı bəzi ərazilərdə təhlükəli isti və rütubətli hava ilə bağlı həyəcan təbili çalınıb.


Milli Meteorologiya Xidmətin məlumatında ABŞ-ın 35 milyondan çox insanın yaşadığı qərb və cənub bölgələrinin bəzi ərzilərində havanın temperaturunun 48 dərəcəyə çata biləcəyi bildirilib.

Temperaturun Kaliforniyanın "Ölüm Vadisi"ndə 48 dərəcəni, Arizona ştatının Feniks şəhərində 44 dərəcəni, Las-Veqasda, Nevada ştatında isə 42 dərəcəni keçərək rekord səviyyəyə çatacağı bildirilib.

Rütubətlə hiss olunma sürətini göstərən temperatur indeksinin ölkənin cənub bölgəsindəki Texas, Yeni Orlean, Missisipi və Florida kimi ştatların bəzi yerlərində 40 dərəcədən yuxarı olacağı bildirilib.

Mütəxəssislər uzun müddət açıq havada qalmamaq barədə xəbərdarlıq ediblər.

Digər tərəfdən ölkənin şimal-şərqində kəskin hava şəraitinin hökm sürəcəyi, Cənubi Karolina, Nyu-Cersi və Nyu-York ştatlarının bəzi yerlərində güclü külək, tufan və dolu gözlənildiyi bildirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, ölkədə həddindən artıq istilər səbəbindən hər il yüzlərlə insan ölür, alimlər isə real rəqəmin daha çox olduğunu bildirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu