İspaniyada oktyabr ayı rekord isti ilə başlayıb


İspaniya Meteorologiya İnstitutu (AEMET) oktyabrın ilk günündə ölkə ərazisində rekord temperaturun qeydə alındığını bildirib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, ölkədə temperatur 38 dərəcəyə çatır.

Oktyabr ayı üçün indiyədək ən yüksək hava istiliyinin 22 oktyabr 2014-cü ildə Malaga şəhərinin Marbella rayonunda 37,5 dərəcə olduğunu bildirən AEMET, termometrlərin olduğu ölkənin cənub-qərbindəki Badajoz şəhərində bu rekordun qırıldığını açıqlayıb. Belə ki, dünən temperatur 38 dərəcə çatıb.

Normadan 5-10 dərəcə yüksək olan havanın temperaturu Əndəlus bölgəsinin şəhərlərindən biri olan Sevilyanın Karmona rayonunda 37,4, Jaen əyalətinin Ənducar rayonunda isə 37,2 dərəcəyə çatıb.

Eynilə, ölkənin şimal rayonlarında da havanın temperaturu iqlim normasından xeyli yuxarı, bir çox yerlərdə 30 dərəcəni keçib. Ölkə üzrə ümumilikdə 92 yerdə oktyabr ayı üçün temperatur rekordları qırılıb.

AEMET-in sözçüsü Ruben del Campo, "İlin bu vaxtı üçün temperatur çox qeyri-adidir. Çox güman ki, son dərəcə yüksək temperaturların aşkar edildiyi oktyabr ayında bir çox temperatur rekordlarının qırıldığını görəcəyik" - deyə bildirib.

AEMET və bəzi ekspertlər İspaniyanın 1950-ci ildən bəri ən isti payız mövsümünün olacağını proqnozlaşdırmışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu