İspaniyada temperatur rekordu qırıldı
İspaniyada xüsusilə yanvarın ikinci yarısından etibarən artan temperatur mövsüm normalarını aşaraq rekord qırıb.
Milli Meteorologiya İnstitutunun (AEMET) açıqladığı məlumatlara görə, yanvar ayı ərzində ölkə üzrə 90-dan çox yerdə temperatur rekordları qırılıb.
Son iki gündə ölkənin demək olar ki, bütün cənubunda mövsümi normadan yüksək olan havanın temperaturu 20 dərəcəni keçib.
Havanın temperaturu Albasete, Palma de Mayorka və Badaxos şəhərlərində 21 dərəcəyə, Kordoba, Huelva və Almeriyada 23 dərəcəyə, Valensiyada 25 dərəcəyə, Mursiyada 27 dərəcəyə çatıb.
AEMET sözçüsü Marselino Nunez İspaniya mətbuatına verdiyi açıqlamada ölkə daxilində havanın temperaturunun normadan 6-12 dərəcə yüksək olduğunu, lakin bəzi yerlərdə 10-12 dərəcəyə qədər yüksəldiyini bildirib.
Nunes fevral və mart aylarında hava istiliyinin mövsüm normalarının üzərində olacağını təxmin etdiklərini bildirib.
İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri olan İspaniya, ekspertlərin fikrincə, hazırkı iqlim şəraitində "daha isti, daha quru və daha həssas" ölkə olacaq.