Fransada isti pik həddə: 4 bölgə qırmızı həyəcan vəziyyətindədir


Fransada son günlər həddindən artıq istilər səbəbindən 4 bölgə qırmızı həyəcan vəziyyətinə keçəcək.


Fransanın ekoloji transformasiya naziri Kristof Beçu ölkədə müşahidə olunan normadan artıq istilərə görə narıncı xəbərdarlıq verilən 50 bölgədən 4-nün qırmızı həyəcan vəziyyətinə gətiriləcəyini açıqlayıb.

Bu vəziyyətdə temperaturun artmasının təsirli olduğunu bildirən fransız nazir sözügedən qərarın Rhone, Drome, Ardeçe və Haute-Luara bölgələrini əhatə etdiyini bildirib.

Son zamanlar ölkədə müşahidə olunan yüksək temperaturla əlaqədar 50 rayonda narıncı təhlükə elan edilib.

Fransa Meteorologiya İdarəsi bu ərazilərdə yanğın təhlükəsi barədə xəbərdarlıq yayıb.

Fransa hökuməti həmçinin Paris, Lion və Marsel şəhərləri də daxil olmaqla, temperaturun təsirli olduğu bölgələrdəki qatar stansiyalarında pulsuz su xidmətinə başladığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu