Fransanın 7 əyalətində "narıncı həyəcan" siqnalı verilib


Fransada yay istilərinin artması ilə əlaqədar 7 əyalətdə “narıncı” həyəcan siqnalı verilib.


AFN.az-ın yerli mediaya istinadən məlumatına görə, Fransa Meteorologiya İdarəsinin açıqlamasında hava istiliyinin artması ilə əlaqədar 7 əyalətdə “narıncı”, 25 əyalətdə isə “sarı” həyəcan siqnalının verildiyi bildirilib.

Qeyd edilib ki, ölkənin cənubunda yerləşən Provans-Alp-Kot-d'Azur bölgəsində havanın temperaturu 37-40 dərəcə, Auvern-Rhone-Alp bölgəsində isə 35-38 dərəcə isti təşkil edəcək.

Gecə saatlarında bu rayonlarda və Aralıq dənizinə yaxın yerlərdə havanın 20 dərəcədən yuxarı olacağı qeyd edilib.

Xüsusilə Lion və cənub-şərq bölgəsini təsir edən temperaturun çərşənbə günündən etibarən azalacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu