Çində yağan güclü qar səbəbindən minlərlə aviareys təxirə salınıb


Ölkənin şimalına təsir edən soyuq dalğa və qar yağışı səbəbindən Çində minlərlə daxili və beynəlxalq reys təxirə salınıb.


Yerli müvafiq qurumdan verilən məlumata görə, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib.

4 min 191 daxili, 142 beynəlxalq reys pis hava şəraiti səbəbindən yerinə yetirilməyib.

Qeyd olunub ki, bu gün 1239 daxili, 39 beynəlxalq reys ləğv edilib.

Çin Meteorologiya İdarəsi bütün ölkəni əhatə edən soyuq dalğa ilə əlaqədar "narıncı həyəcan" elan edib.

Çinin 4-mərhələli soyuq hava xəbərdarlığı sistemində "narıncı" siqnalın ikinci səviyyəsini təmsil edir. Təcililik sırasına görə, "qırmızı" ən yüksək səviyyə hesab olunur, ondan sonra "narıncı", "sarı" və "mavi" gəlir.

Milli Meteorologiya Mərkəzi bu gün günortadan bazar günü səhərədək ölkənin əksər hissəsində havanın temperaturunun 8-12 dərəcə aşağı düşəcəyini bildirib.

Ölkənin şimalında Şaansi, Jilin, Liaonin əyalətləri və Daxili Monqolustan Muxtar Bölgəsində havanın temperaturunun mənfi 20 dərəcəyə enə biləcəyi xəbərdarlığı edilib.

Digər tərəfdən, paytaxt Pekin və Tianjin şəhərləri, Hebey və Şansi əyalətləri və Sincan Uyğur Muxtar Bölgəsi üçün qar yağması, güclü külək və şaxta xəbərdarlığı təkrarlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu