ABŞ-da qar fırtınası səbəbindən yenə yüzlərlə aviareys ləğv edilib


ABŞ-da günlərdir sürən qar fırtınası və soyuq hava davam edir. Ölkənin şimal-şərqində qar fırtınası səbəbindən yenə 400-dən çox aviareys ləğv edilib.

AFN.az ölkə mediasına istinadən xəbər verir ki, Amerika saatı ilə çərşənbə axşamı səhər saatlarına qədər La Quardiya hava limanında 84 reys, Con Kennedi Beynəlxalq hava limanında təxminən 40, Loqan Beynəlxalq Hava Limanında isə 30-dan çox aviareysin hərəkəti təxirə salınıb. Buna qədər isə 500-dən çox uçuş ləğv edilib.

Çovğunlu hava Konnektikut, Nyu-York, Massaçusets, Nyu-Cersi və Rod Aylend ştatlarının bir sıra bölgələrində günlərdir tüğyan edir. Massaçusetsdə hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər ləğv edilib. Əhaliyə bir çox mümkün problemlərlə, həmçinin həmçinin elektrik enerjisinin kəsilə bilməsilə bağlı xəbərdarlıq edib. Meteoroloji xidmətlər Bostonda yağıntı səviyyəsinin 13 sm-ə, Massaçusets, Vermont və Konnektikutun qərbində isə 25 sm-ə qədər çata biləcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, soyuq hava və qar fırtınası səbəbindən onlarla insanın həlak olduğu da məlumatlar sırasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu