G20 liderləri nüvə silahından istifadənin əleyhinə çıxış ediblər


G20 liderləri Yeni Dehlidə keçirilən sammitin yekunları üzrə qəbul edilən bəyannamədə nüvə silahından istifadənin əleyhinə çıxış ediblər.


AFN.az-ın xəbərinə görə, qurumun rəsmi saytında dərc olunan sənəddə deyilir: “BMT Nizamnaməsinə uyğun olaraq, bütün dövlətlər ərazi əldə etmək üçün nüvə silahından istifadə və ya istifadə hədəsi ilə təhdidlərdən, güc tətbiqindən çəkinməlidirlər”.

Yekun bəyannamədə Ukraynadakı münaqişə də öz əksini tapıb. Kommünikedən belə çıxır ki, G20 ölkələri hərbi əməliyyatları fərqli qiymətləndirirlər. Münaqişə qlobal ərzaq və enerji təhlükəsizliyinə, eləcə də təchizat zəncirlərinə, makro-maliyyə sabitliyinə və iqtisadi artıma təhlükə yaradır. Bundan əlavə, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin siyasət mühitinə təsir göstərir.

G20 sammiti sentyabrın 9-dan 10-dək Hindistanın Yeni Dehli şəhərində keçiriləcək. Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin sammitə qatılmayıb və onları nümayəndələr təmsil ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu