Finlandiya Rusiya Federasiyası ilə sərhəddə hasarın sınaq hissəsini istifadəyə verib


Finlandiya Rusiya ilə sərhəddə İmatra kəndi yaxınlığında hasarın sınaq hissəsinin tikintisini başa çatdırıb.


"Yle" teleradio kanalının məlumatına görə, işlərin əsas hissəsi başa çatıb və Cənub-Şərqi Finlandiyanın sərhəd xidmətinin əməkdaşları hasarın olduğu ərazidə növbətçilik edirlər. "Yle" qeyd edir ki, inşaatçıların hələ başa çatdırmağa bir neçə xırda işləri qalıb, lakin hasarın əsas elementləri, o cümlədən şlaqbaum, bitişik yol örtüyü və müşahidə sistemləri artıq hazırdır.

Layihə meneceri İsmo Kurki telekanala açıqlamasında “Biz indi maneədən istifadə təcrübəsi qazanırıq” - deyə bildirib. Onun sözlərinə görə, hasar avqustun ortalarında tamamlanıb, lakin bəzi işlərlə əlaqədar onun istismara verilməsi gecikib.

2022-ci ilin iyununda Finlandiya Daxili İşlər Nazirliyi hökumətin ölkəni hibrid təhlükələrlə mübarizə aparmağa hazırlamaq üçün Rusiya ilə şərq sərhədindəki kritik ərazilərdə maneələr qurmağı planlaşdırdığını, o cümlədən miqrasiya problemindən siyasi fəaliyyət göstərmək üçün istifadə etməyi planlaşdırdığını elan edibi. Fevral ayında Finlandiya Rusiya ilə sərhəddə İmatra sərhəd-keçid məntəqəsi yaxınlığında üç kilometrlik hasarın sınaq hissəsinin tikintisinə başlayıb. İnşa edilən hasar texniki nəzarət sistemləri ilə təchiz olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu