Polşa Rusiya ilə sərhəddə hasar çəkir


Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb.


Bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak bu gün keçirdiyi brifinqdə bildirib.

“Artıq bu gün Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılır. Üç cərgə tikanlı məftildən ibarət olacaq hasarın hündürlüyü 2,5 metr olacaq”, – Blaşak deyib.

Onun sözlərinə görə, bu qərar Rusiyanın Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açması ilə əlaqədar verilib ki, bu da miqrasiya təzyiqi təhlükəsi yaradır: “Bu, Polşa ilə Kalininqrad vilayəti arasında sərhəddə təhlükəsizliyi artıracaq. İşlər sürətlə aparılacaq, çünki əsgərlərimizin Polşa-Belarus sərhəddində belə sədd çəkmək təcrübəsi var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu