Polşa Slovakiya ilə sərhədi keçən avtomobilləri yoxlamağa başlayıb


Polşanın daxili işlər naziri Mariuş Kaminski Slovakiya sərhədindən gələn avtomobillərin yoxlanıldığını açıqlayıb.


Kaminski X sosial media hesabından verdiyi açıqlamada Balkan marşrutu boyunca miqrasiya təzyiqinin artdığını bildirib.

Xüsusilə Slovakiya üzərindən miqrasiya təzyiqinin artdığına diqqət çəkən Kaminski, "Sərhədçilər Polşa-Slovakiya sərhədində bu istiqamətdən gələn qeyri-qanuni mühacirləri daşıma ehtimalı olan avtobus və digər nəqliyyat vasitələrini yoxlamağa başlayıb" - deyə bildirib.

Polşanın baş naziri Mateuş Morawiecki son açıqlamasında "Daxili İşlər Nazirinə Polşa-Slovakiya sərhədində mikroavtobuslar, pikaplar, sərnişin avtomobilləri və qeyri-qanuni mühacirləri daşımaqda şübhəli bilinən avtobuslar da daxil olmaqla sərhəd nəzarətinə başlamaq üçün göstəriş verdim" - deyə bəyan etmişdi.

Ötən ilin oktyabrında Polşa Belarus sərhədində tikanlı məftillərlə örtülmüş beş metrlik polad hasardan ibarət 186 kilometrlik sədd çəkib, burada minlərlə mühacirin Polşa ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün bu ölkədən miqrasiya təzyiqi artıb.

Bundan əlavə, iyun ayında Polşa-Belarus sərhəd divarına kameralar, termal görmə nəzarəti avadanlığı və sensorlardan ibarət elektron maneə əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu