Polşa və Litva Belarusla sərhədlərin tamamilə bağlanmasını müzakirə edir


Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski litvalı həmkarı Aqne Bilotaite ilə telefon danışığı zamanı Belarusla sərhədlərin tamamilə bağlanması imkanlarını müzakirə etdiklərini bildirib.

Mariuş Kaminski bu barədə Twitterdə yazıb. "Litva daxili işlər naziri Aqne Bilotaite ilə telefon danışığında biz xaricdən yaranan təhdidlərə, bütün sərhəd keçidlərinin mümkün bağlanmasına və Aleksandr Lukaşenko rejiminin tam təcrid olunmasına qədər birgə cavab variantlarını müzakirə etdik" - deyə polşalı nazir qeyd edib.

İyulun 27-də Kaminski bildirib ki, "Vaqner" özəl hərbi şirkəti ilə bağlı Avropa İttifaqı və NATO sərhədlərində ciddi insidentlər baş verərsə, Polşa, Litva və Latviya Belarusu tamamilə təcrid edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu