Polşa: Belarusdakı "Vaqner" qoşunları sərhədə yaxınlaşır
Rusiyanın Belarusdakı özəl mühafizə şirkəti “Vaqner” qrupuna məxsus muzdlu əsgər Polşa sərhədinə yaxınlaşır.
AFN.az xəbər verir ki, bu haqda Polşanın baş naziri Mateuş Moravetski bildirib. O, mətbuata açıqlamasında Belarusdakı "Vaqner" qrupu haqqında danışıb.
Baş nazir Moravetski bəyan edib ki, "Vaqner"ə məxsus 100-dən çox muzdlu Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad bölgəsinə doğru irəliləyir.
"İndi vəziyyət daha da təhlükəlidir. Bu, şübhəsiz ki, Polşa torpağına daha çox hibrid hücumlara doğru bir addımdır" - deyə Moravetski qeyd edib.
Polşanın daxili işlər naziri Mariuş Kaminski də bəyan edib ki, Vaqnerlə bağlı ciddi hadisələr baş verərsə, Polşa, Litva və Latviya Belarusla sərhədlərini birgə bağlaya bilərlər.