Litva prezidenti və Polşanın baş naziri sərhəd təhlükəsizliyi üçün görüşdülər


"Vaqner" qoşunları Belarusda yerləşdirildikdən sonra Litva və Polşa ayıq-sayıq olmağa və istənilən ssenariyə hazır olmağa davam edirlər.


AFN.az xəbər verir ki, Litva və Polşanın prezidentləri sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı bir araya gəliblər. Görüşdən sonra Litva prezidenti Gitanas Nauseda bildirib ki, hər iki ölkə hər cür mümkün ssenariyə hazır olmağa və ayıq olmağa davam edir.

Moraviecki ilə sərhəd təhlükəsizliyi mövzusunda məhsuldar görüş keçirdiklərini qeyd edən Nauseda "Vaqner" əsgərlərinin Belarusda olmasının Polşa, Litva və NATO müttəfiqləri üçün əlavə təhlükəsizlik riski yaratdığının vurğulayıb.

Rusiya və Belarusun sərhəddə təzyiqi artırdığını ifadə edən Polşa prezidenti Moraviecki, "Təxribatların sayı artmaqdadır və onların artmağa davam edəcəyinin fərqindəyik. Bunlar sabitliyi pozmaq və NATO-nun şərq cinahının zəifliyini göstərmək üçün həyata keçirilən əməliyyat fəaliyyətləridir" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu