İsveçrə Katolik Kilsəsində cinsi istismarın sənədləşdirilməsindən sonra istefalar davam edir


İsveçrədəki Katolik Kilsəsində 20-ci əsrin ortalarından bu günə qədər 1002 cinsi zorakılıq hadisəsi aşkar edildikdən sonra iddialarda adı keçən Lozanna, Cenevrə və Friborq yeparxiyalarının baş vikarı Bernard Sonney də vəzifəsindən ayrılmaq qərarına gəlib.


Yeparxiyadan verilən məlumata görə, Sonney istintaqı tamamlanana qədər vəzifəsindən getməyə qərar verib.

Zərərçəkmişin ona qarşı iddiası əsasında hazırlanan hesabatdan sonra getməyə qərar verən Sonneyin “istintaqlara mane olmamaq üçün” müvəqqəti olaraq vəzifəsindən ayrıldığı bildirilir.

Yeparxiya, iddialarda adı keçən Neuçatel kantonunda bir keşişin də vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

İddialarda adı keçən Sen-Moris regional monastırının abbatı Jan Sezar Skarsela sentyabr ayında tutduğu vəzifədən istefa verib.

Katolik Kilsəsinə bağlı İsveçrə Yepiskoplar Konfransı tərəfindən təyin edilən Sürix Universitetinin tədqiqatçıları kilsə tərəfindən toplanan və 1950-ci illərdən bəri nəşr olunan gizli sənədləri araşdırıblar.

Təxminən bir illik işdən sonra tədqiqatçılar müəyyən ediblər ki, 20-ci əsrin ortalarından bəri İsveçrə Katolik Kilsəsində 1002 cinsi istismar hadisəsi olub.

Tədqiqat, demək olar ki, bütün cinsi zorakılığın yetkin kişilər tərəfindən edildiyini ifadə edərkən, bu hadisələrin dörddə üçünün yetkinlik yaşına çatmayanlara aid olduğu və cinsi zorakılıq hallarının 30 faizinin məktəblərdə və evlərdə baş verdiyi ortaya çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu