Vəzifədən alındı, təcavüz faktı ilə bağlı cinayət işi açıldı - 80 yaşlı qocanın sərgüzəştləri...


Fransa Futbol Federasiyasının (FFF) prezidenti vəzifəsindən uzaqlaşdırılan Noel Le Qrata qarşı cinsi qısnama ittihamı ilə cinayət işi açılıb.


AFN.az xəbər verir ki, Fransanın AFP agentliyində yer alan məlumata görə, Paris prokurorluğu ona qarşı irəli sürülən son iddialardan sonra keçən həftə prezidentlik vəzifəsindən uzaqlaşdırılan Le Qraet haqqında təhqiqat başlayıb.

81 yaşlı Le Qrata qarşı açılan istintaqın Fransa mətbuatında yer alan cinsi təcavüz iddialarına əsaslandığı bildirilir.

Bu yaxınlarda futbol meneceri Sonia Souid RMC radiostansiyasına verdiyi müsahibədə demişdi: "Le Qraet-in mənzilinə getdim. O dedi ki, ondan kömək istəsəm, ona da mənim üçün bəzi işlər görməsinə icazə verməliyəm".

Fransa İdman Nazirliyi də Noel Le Qrata qarşı ayrıca araşdırma aparır.

2011-ci ildən bəri FFF-nin sədri olan Le Qraet vəzifəsindən azad edildikdən sonra onun müavini Filip Diallo müvəqqəti olaraq həmin posta gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu