Kevin Spacey dörd kişiyə cinsi təcavüz etdiyi üçün mühakimə olunur


Oskarlı aktyor Kevin Spacey 2005-2013-cü illər arasında London və Qlosterşirdə dörd kişiyə qarşı cinsi təcavüz də daxil olmaqla, 12 maddə üzrə İngiltərədə mühakimə olunur.


63 yaşlı Spacey vəkilləri ilə birlikdə paytaxt Londondakı Southwark Crown Məhkəməsinə ona qarşı işin dinləmələrində iştirak etmək üçün daxil olarkən kameralara tuş gəlib.

Kevin Spacey daha əvvəl 2005-2013-cü illər arasında London və Qlosterşirdə dörd kişiyə qarşı irəli sürülən 12 ittihamı, o cümlədən cinsi təcavüz və nalayiq davranışları boynuna almayıb.

Spacey son müsahibəsində bildirib ki, üzləşdiyi cinsi qısnama ittihamlarının ən böyük günahı mediadır.

"House of Cards" serialında baş rol ifaçısı olduğu müddətdə ona qarşı irəli sürülən ittihamlara görə serialdan qovulan Spaceyin bir cinsi təcavüz iddiasına xitam verilsə də, hazırda Londonda digər cinsi təcavüz iddiası ilə bağlı məhkəmə prosesi davam edir.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu