Dani Alveşin "həbs edilmədən mühakimə olunması" tələbi rədd edildi


Bir müddət "Barselona", "Yuventus" və "PSJ" kimi önəmli komandaların formasını tərlətən braziliyalı futbolçu Dani Alves yanvar ayında İspaniyada bir qadına qarşı cinsi təcavüzdə günahlandırılaraq həbs olunmuşdu.


AFN.az xəbər verir ki, 40 yaşlı braziliyalı futbolçunun "həbs edilmədən mühakimə olunması" tələbi təmin edilməyib.

Barselonanın 15 saylı məhkəməsi Alveşin vəsatətini rədd edərək, futbolçunun həbsinin davam etdirilməsinə qərar verib. İspaniya mətbuatı İspaniya və Braziliya vətəndaşı olan Alvesin günahı ilə bağlı prokurorluğun təqdim etdiyi dəlillərin məhkəmə tərəfindən yetərli sayıldığını və qaçma riskini nəzərə alaraq həbsxanada qalmasının məqsədəuyğun sayıldığını yazıb.

2022-ci il dekabrın 30-na keçən gecə Barselonadakı diskotekaların birində 23 yaşlı qadına qarşı cinsi təcavüz etməkdə ittiham olunan Alves yanvarın 20-də Meksikadan Barselonaya gəldikdən sonra saxlanılaraq məhkəmə tərəfindən həbs edilib.

İfadəsini 3 dəfə dəyişdirən və son olaraq ilk ifadələrində "cinsi əlaqəni etiraf etmək, həyat yoldaşına xəyanətini gizlətmək və həyat yoldaşını qorumaq üçün" yalan danışdığını bildirən 39 yaşlı Alves təhlükəsizlik səbəbiylə 23 Yanvarda Brains 1 həbsxanasından Brains 2 həbsxanasına köçürülüb.

İspaniyada mövcud qanunlara görə, Alveşi 1 ildən 12 ilə qədər həbs gözləyir.

Karyerasında "Sevilya", "Barselona", "Yuventus", "Paris Sen-Jermen" və "San Paulo" kimi komandalarda çıxış edən Alveş Barselonada həbs olunduqdan sonra sonuncu dəfə çıxış etdiyi Meksikanın UNAM komandasından cinsi təcavüz ittihamları səbəbilə ayrılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu