Dani Alveş saxlanıldı


Məşhur braziliyalı futbolçu Dani Alveş cinsi qısnama ittihamı ilə İspaniya polisi tərəfindən Barselonada saxlanılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Barselonada gecə klubunda qıza qarşı cinsi təcavüzdə ittiham olunan futbolçu polis maşını ilə məhkəməyə aparılıb.

Braziliyalı futbolçunun gələcək taleyi ilə bağlı hakim qərar verəcək.

Qeyd edək ki, Dani Alveş hazırda Meksikanın “Pumas” klubunun üzvüdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu