Dani Alveş: "Millidəki karyeramı bitirdim, Braziliyanın Neymara ehtiyacı var"


Meksikanın "UNAM Pumas" klubunda çıxış edən Dani Alveş Braziliya millisindəki karyerasını başa vurub.


"Report"un məlumatına görə, 39 yaşlı müdafiəçi bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlama verib.

Təcrübəli oyunçu millidə sonuncu matçını keçirdiyini söyləyib: "Artıq bunu deməyin vaxtıdır. Amma Neymarda eyni halın olacağını düşünmürəm. O, əla hücumçudur. Braziliya futbolunun ona ehtiyacı var".

Qeyd edək ki, "sambaçılar" Xorvatiyaya penaltilər seriyasına uduzaraq mübarizəni dayandırıb. Neymar görüşdən sonra yığmadakı karyerasını bitirə biləcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu