Bayden: "Biz İsrailə bütün lazımi dəstək vasitələri təklif etməyə hazırıq"


Bu səhər mən Baş nazir Netanyahu ilə İsraildə dəhşətli və davam edən hücumlar barədə danışdım. Bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında qeyd edib.



“Birləşmiş Ştatlar HƏMAS terrorçularının Qəzzadan İsrailə qarşı bu dəhşətli hücumunu birmənalı şəkildə pisləyir və mən Baş nazir Netanyahuya açıq şəkildə bildirdim ki, biz İsrail hökumətinə və xalqına bütün lazımi dəstək vasitələrini təklif etməyə hazırıq. Terrora heç vaxt haqq qazandırmaq olmaz. İsrailin özünü və xalqını müdafiə etmək hüququ var. Birləşmiş Ştatlar bu vəziyyətdən mənfəət əldə etmək istəyən İsrailə düşmən olan hər hansı digər tərəfə qarşı xəbərdarlıq edir. Administrasiyamın İsrailin təhlükəsizliyinə dəstəyi möhkəm və sarsılmazdır”, - ABŞ prezidenti bildirib.

"Komandam və mən bu vəziyyəti yaxından izləyirik və Baş nazir Netanyahu ilə sıx əlaqə saxlayacağıq”, - deyə Bayden əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu