Qubadakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb


Oktyabrın 23-də Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə ilə əlaqədar mərkəzə 7 nəfər (3 qadın, 4 kişi olmaqla) təxliyə olunub.



Bu barədə TƏBİB-dən AFN.az-a sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, 2003-cü il təvəllüdlü cinsi qadın olan zərərçəkən sağ qamış sümüyünün yerdəyişmiş sınığı, bədənin bir neçə nahiyəsini əhatə edən müştərək səthi travma diaqnozu, 1997-ci il təvəllüdlü cinsi kişi olan şəxs isə bədənin bir neçə nahiyəsini əhatə edən müştərək səthi travma diaqnozu ilə tibb müəssisəsinin Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər ikisinin stasionar müalicəsi davam etdirilir.

Yüngül xəsarət almış digər 5 nəfərə isə (2 qadın, 3 kişi olmaqla) Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, oktyabrın 23-də Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində "VAZ-2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu