Güclü küləkdə xəsarət alan iki nəfər təcili yardıma müraciət edib
Küləkli hava şəraiti ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 müraciət daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bir nəfər (cinsi kişi) qabırğaların sınığı diaqnozu, bir nəfər (qadın) isə başın səthi travması, baş-beyinin silkələnməsi ilə tibb müəssisəsinə hospitalizasiya edilib.