BMT: Fələstində yoxsulluq 20 faiz artıb


Oktyabrın əvvəlində Qəzza zolağı ilə bağlı münaqişə qızışmağa başlayandan bəri fələstinlilər üçün yoxsulluq səviyyəsi 20% artıb.


Bu qiymətləndirmə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının (ESCWA) ekspertləri tərəfindən aparılıb.

BMT-nin İnkişaf Proqramının saytında dərc edilən birgə araşdırmanın nəticələrinə görə, eskalasiya başlayandan bir ay ərzində Fələstində yoxsulluğun səviyyəsi 20% artıb, ümumi daxili məhsul (ÜDM) isə 4,2% azalıb. Mətndə qeyd olunur ki, bu rəqəmlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) əvvəllər dərc edilmiş hesablamalarını təsdiqləyir, ona görə vəziyyətin pisləşməsi fonunda artıq 390 min fələstinli işini itirib. BMT-nin İnkişaf Proqramının ekspertləri xəbərdarlıq edir ki, münaqişənin intensivliyindən asılı olaraq Fələstində insan inkişafı səviyyəsi 11-16 il, Qəzza zolağında isə 16-19 il geri çəkiləcək.

Tədqiqatın müəllifləri proqnozlaşdırırlar ki, anklavda döyüşlər noyabr ayında davam edərsə, Fələstində yoxsulluq 34% artacaq və təxminən 500 000-dən çox insan ağır maliyyə çətinliyi ilə üzləşəcək. Bu halda ölkənin ÜDM-i 8,4% azalacaq ki, bu da ekspertlərin fikrincə, 1,7 milyard dollar itkiyə səbəb olacaq. Münaqişənin 3 ay davam edəcəyi təqdirdə, BMT analitikləri yoxsulluğun səviyyəsinin 45% artacağını və ÜDM-in 12,2% azalmasını proqnozlaşdırıblar.

Qəzza zolağının Səhiyyə Nazirliyi cümə axşamı bildirib ki, anklavda ölənlərin sayı, Yaxın Şərqdə eskalasiyanın başladığı 7 oktyabrdan bəri ən azı 4,412 uşaq olmaqla, 10,812 nəfərə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu